- Transfer
- 23:52 05.02.2025
"Arsenal" Bilbao "Atletik"inin cinah oyunçusu Niko Uilyamsı transfer etmək üçün səylərini davam etdirir.
90deqiqe.Az "El Nacional"a istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun müqaviləsində 60 milyon avroluq sərbəst qalma maddəsi var və "topçular"ın bu bəndi aktivləşdirməyə hazır olduğu bildirilir.
“Arsenal” ispaniyalıya “Barselona”dan imtina etməyə inandırmaq üçün ona çox sərfəli müqavilə şərtləri təklif etmək niyyətindədir.
Kataloniyalılar ötən ildən "Atletik"in ulduzuna əsas namizəd hesab edilirdi. Niko Uilyams İspaniya La Liqasının cari mövsümündə 19 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.