7 aprel 2026. Çərşənbə axşamı

"Xetafe"ni Rusiya klubuna dəyişdi


  • Transfer
  • 16:24 06.02.2025
  • Oxunma sayı: 145
"Xetafe"ni Rusiya klubuna dəyişdi

"Xetafe"nin müdafiəçisi Nabil Aberdin karyerasını Rusiyada davam etdirməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Championat" saytı məlumat yayıb.

Məlumatda, 22 yaşlı futbolçunun "Soçi" ilə müqavilə imzalayacağı və bu transferin qiymətinin 300 min avro olaraq qiymətləndirildiyi qeyd edilib. Futbolçu tezliklə tibbi müayinədən keçəcək və cənublularla əmək müqaviləsi bağlayacaq.

Müqavilənin müddəti üç il yarım olacaq.

Aberdin 2024-cü ilin yayından İspaniya komandasında çıxış edir. Bu mövsüm müdafiəçi "Xetafe"nin heyətində 10 oyun keçirib, qol vurmayıb. Transfermarkt portalının məlumatına görə, müdafiəçinin bazar dəyəri 800 min avro qiymətləndirilir.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi