- Transfer
- 18:38 24.11.2024
Qarabağ'ın transfer gündəmində olan Markos Diaz ölkəmizə köçməyə yaxındı.
Corner.az Argentina mətbuatına istinadən məlumat verir ki, "Boka Xuniors" qapıçı ilə yollarını ayırmağa hazırdı.
Buenos Ayres təmsilçisi Azərbaycan çempionunun təklifini ilk olaraq geri çevirsə də, daha sonra fikrini dəyişib. Buna səbəb isə 33 yaşlı qapıçının Argentina Kubokunun 1/16 final mərhələsində "Almaqro" ilə oyunu aşağı səviyyədə keçirməsi olub. 1:1 hesabı ilə yekunlaşan qarşılaşmada "Almaqro" penaltilər seriyası ilə rəqibini məğlub edib.
Həmin görüşdən sonra "Boka Xuniors" rəhbərliyi Diaz'ın satılmasına qarşı deyil. Xəbərdə "Qarabağ"ın hələ də Diazla maraqlandığı və Argentina klubunun danışığa hazır olduğu bildirilib. Argentina təmsilçisinin hətta ona əvəzləyici axtarışına da başladığını vurğulayıb
Qeyd edək ki, "Boka Xuniors"a bu ilin yanvarında "Hurakan"dan keçən Markos Diazın klubla müqavilə müddəti gələn ilin yayına qədərdi.