14 dekabr 2025. Bazar günü

Musiala üçün rəsmi danışıq


  • Transfer
  • 18:46 08.02.2025
  • Oxunma sayı: 159
 Musiala üçün rəsmi danışıq

"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala "Barselona"nın transfer siyahısında yer alıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Kataloniya Radiosu məlumat yayıb.

Mənbənin sözlərinə görə, Musiala “Barselona”nın arzuladığı oyunçudur, lakin klub futbolçu ilə müqavilə bağlamağın çox çətin olacağının fərqindədir. Buna baxmayaraq, "mavi qarnetlilər" 21 yaşlı yarımmüdafiəçinin agenti ilə danışıqlar aparır və onu almağa çalışacağına ümid edir.

Bu mövsüm Musiala bütün yarışlarda 29 oyun keçirib, 15 qol vurub və 8 məhsuldar ötürmə edib. Almanın "Bavariya" ilə əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalı futbolçunun dəyərini 140 milyon avro qiymətləndirir. Musialanın yaxın vaxtlarda "Bavariya" ilə yeni müqavilə imzalayacağı gözlənilir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı