22 fevral 2025. Şənbə

"Borussiya"dan "Beşiktaş"a


  • Transfer
  • 01:08 09.02.2025
  • Oxunma sayı: 72
 "Borussiya"dan "Beşiktaş"a

 "Beşiktaş" klubu heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi Mönhenqladbax "Borussiya"sının yarımmüdafiəçisi Florian Noyhausla maraqlanır.

“Ağ-qaralar” Mönhenqladbax klubu ilə mərkəzi yarımmüdafiə mövqeyində çıxış edən alman oyunçunu birdəfəlik almaq şərti ilə mövsümün sonuna qədər icarəyə götürməsiylə bağlı danışıqları davam etdirir.

Ötən mövsüm 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan Florian bu mövsüm Almaniya klubunun heyətində 9 matçda meydana çıxıb. 27 yaşlı futbolçu bu matçlarda heç bir qol və ya məhsuldar ötürmə verə bilməyib.







Transfer