- Transfer
- 18:38 24.11.2024
"İnkişaf etməyə, böyüməyə, komanda yoldaşlarıma və məşqçilərə öyrəşməyə çalışıram".
Corner.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Eddi İsrafilov yeni klubu "Albasete"nin rəsmi saytına açıqlamasında deyib.
Sequnda təmsilçisinə keçidi haqda danışan gənc futbolçu yeni mövsümdə hədəfləri və azarkeşlər haqda da fikirlərini bölüşüb: "Əvəlcə 50 xal toplamalı, sonra hədəflər haqqında düşünmək lazımdır. "Albasete" azarkeşlərinin tələbkar olmağı çox xoşuma gəlir. Belə olan halda arxayınlaşmazsan və daha da inkişaf edirsən".
Xatırladaq ki, E.İsrafilov bu həftə Sequndanın digər təmsilçisi "Alkorkon"dan "Albaeste"yə keçib.