- Transfer
- 23:47 21.02.2025
PSJ-nin vingeri Bredli Barkola karyerasını "Barselona"da davam etdirə bilər.
90deqiqe.Az "El Nacional"a istinadən xəbər verir ki, kataloniyalılar Xviça Kvaratsxeliyanın gəlişindən sonra oyun müddətindən azalacağını düşünən 22 yaşlı futbolçunun xidmətində maraqlıdır.
"Barselona" fransalını birdəfəlik almaq şərti ilə icarəyə götürmək imkanını nəzərdən keçirir.
Bu mövsüm fransalı PSJ-nin heyətində 33 matçda meydana çıxıb, 15 qol vurub və 8 məhsuldar ötürmə edib. Barkolanın parislilərlə müqaviləsi 2028-ci ilə qədərdir. Transfermarkt mütəxəssisləri hücumçunun dəyərini 65 milyon avro qiymətləndirir.