- Transfer
- 23:47 21.02.2025
"Bornmut"un mərkəz müdafiəçisi Din Heysen yay transfer pəncərəsində yeni kluba keçə bilər.
90deqiqe.Az "Diario Sport"a istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun xidmətində "Real Madrid"in maraqlıdır.
“Mançester Yunayted” istedadlı gənc futbolçu üçün “Los Blancos”la mübarizə aparmağa hazırdır.
Bu mövsüm ispan oyunçu bütün yarışlarda 21 oyun keçirib və iki qol vurub. Müdafiəçinin "Bornmut"la hazırkı müqaviləsi 2030-cu ilə qədərdir. Nüfuzlu Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 18 milyon avrodur.