- Transfer
- 23:47 21.02.2025
"Arsenal"ın müdafiəçisi Uilyam Saliba karyerasını "Real Madrid"də davam etdirə bilər.
90deqiqe.Az "Getfootballnewsfrance"yə istinadən xəbər verir ki, "kral" klubunun rəhbərliyi 23 yaşlı futbolçunu gələn yay üçün prioritet hədəf kimi müəyyənləşdirib.
Futbolçunun özü “kral” klubuna keçməyə hazırdır. Uilyam "Real Madrid"ə transferini futbol arzusunun həyata keçməsi kimi görür.
Müdafiəçinin "topçular"la hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Salibanın transfer dəyəri 80 milyon avro olaraq qiymətləndirilir. O, 2019-cu ildən "Arsenal"da çıxış edir.