- Transfer
- 23:47 21.02.2025
"Bayer Leverkuzen"in müdafiəçisi Conatan Ta karyerasını "Barselona" klubunda davam etdirmək niyyətindədir.
90deqiqe.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubundan başqa, futbolçuya "Bavariya" da maraq göstərsə də, futbolçunun özü İspaniyaya köçməyə daha yaxındır.
Ta "Barselona" ilə eyni vaxtda 5 mövsümlük müqavilə bağlaya bilərdi, lakin hələlik heç bir razılıq əldə olunmayıb.
Əlavə edək ki, yayda Almaniya çempionu "Bayer"in tərkibində azad agent olacaq və klublar ona görə təzminat ödəməli olmayacaq. Bu mövsüm Ta bütün klub yarışlarında 33 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun transfer dəyəri 30 milyon avrodur. 21 turdan sonra "Bayer" Bundesliqa turnir cədvəlində 46 xalla lider "Bavariya"dan 8 xal geri qalaraq ikinci yerdədir.