6 dekabr 2025. Şənbə

Lion'dan La Liqa klubuna


  • Transfer
  • 20:11 15.08.2019
  • Oxunma sayı: 491
Lion'dan La Liqa klubuna
“Selta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, La Liqa təmsilçisi  Lion'nun yarımmüdafiəçisi Pape Şeyx Diopu heyətinə qatıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu 1 illik icarəyə götürülüb. Mövsümün sonunda İspaniya klubu Fransa klubuna 9 milyon avro ödəmək şərti ilə bu futbolçunun transfer hüquqlarını da ala bilər.
 
Qeyd edək ki, “Selta”nın yetirməsi olan yarımmüdafiəçi 2017-ci ildə 10 milyon avro qarşılığında Liona  keçmişdi.






Transfer