İspaniyanın “Osasuna” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, "Osasuna" La Liqanın digər təmsilçisi “Real Sosyedad”ın müdafiəçisi Raul Navası transfer edib.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu 1 illik icarəyə götürülüb. Osasuna mövsümün sonunda 250 min avro ödəməklə onun transfer hüquqlarını da ala biləcək.
Qeyd edək ki, Navas, 2014-cü ildən “Real Sosyedad”ın uğurları üçün çalışırdı.