- Transfer
- 23:47 21.02.2025
PSJ heyətini gücləndirmək üçün çalışır.
90deqiqe.Az "Fichajes"ə istinadən xəbər verir ki, Fransa Liqa 1 nəhənginin hədəfi "Real Madrid"in mərkəz müdafiəçisi Raul Asensiodur. Müqavilənin dəyəri 45 milyon avro ola bilər.
Raul Asensio "Real Madrid" akademiyasının yetirməsidir.
Müdafiəçi Madrid klubunun əsas komandasında 22 oyun keçirib və bu oyunda komanda yoldaşına bir məhsuldar ötürmə edib. Şənbə günü "Real Madrid" səfərdə "Osasuna" ilə İspaniya çempionatının oyununu keçirəcək.