22 fevral 2025. Şənbə

"Fənərbağça"nı MLS klubuna dəyişdi


  • Transfer
  • 17:44 15.02.2025
  • Oxunma sayı: 71
"Fənərbağça"nı MLS klubuna dəyişdi

"Fənərbağça"nın yarımmüdafiəçisi Cengiz Ünder karyerasını MLS-də davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, Amerika Futbol Liqasından (MLS) "Los Anceles" klubu 27 yaşlı futbolçunu heyətinə qatıb.

MLS klubu futbolçunu birdəfəlik almaq şərti ilə mövsümün sonuna qədər icarəyə götürüb. 

"Los Anceles" "Fənərbağça"ya təxminən 1 milyon avro icarə haqqı ödəyəcək və Cengizin maaşının bir hissəsini qarşılayacaq.

Qeyd edək ki, qış transfer dönəmində “Beşiktaş” və Rusiya klubları Cengiz Ünderlə anlaşa bilməyib."Fənərbağça"da 42 matça çıxan Cengiz Ünder 9 qol vurub, 3 məhsuldar ötürmə edib.

Ötən mövsüm Cengiz Ünder 15 milyon avroya "Marsel"dən "Fənərbağça"ya transfer olunmuşdu.







Transfer