22 fevral 2025. Şənbə

"Mançester Yunayted" argentinalı üçün 150 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 18:13 15.02.2025
  • Oxunma sayı: 56
"Mançester Yunayted" argentinalı üçün 150 milyon avro ödəməyə hazırdır

“Mançester Yunayted” yay transfer pəncərəsi zamanı hücumçu Julian Alvaresi heyətinə qatmaq niyyətindədir.

90deqiqe.Az "OK Diario"ya istinadən xəbər verir ki, “qırmızı şeytanlar” bu transferi üçün “Atletiko Madrid”ə 150 ​​milyon avro təklif etməyə hazırdır.

Digər Avropa nəhəngləri kimi İngiltərə klubu da argentinalı futbolçunun cari mövsümdəki çıxışından heyran qalıb.

Bununla belə, 25 yaşlı futbolçu “Atletiko”da xoşbəxtdir və Dieqo Simeonenin komandasını tərk etmək istəmir.

Hücumçu keçən yay "Mançester Siti"dən "döşək ustaları"na keçib. Alvares bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.







Transfer