22 fevral 2025. Şənbə

"Çelsi" və "Bavariya" onun üçün 70 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 18:19 15.02.2025
  • Oxunma sayı: 91
"Çelsi" və "Bavariya" onun üçün 70 milyon avro ödəməyə hazırdır

"Çelsi" və "Bavariya" "Atletiko"nun  yarımmüdafiəçisi Pablo Barriosla maraqlanır.

90deqiqe.Az "Bild"ə istinadən xəbər verir ki, bu klublar ispan futbolçunun transferi üçün 70 milyon avro ödəməyə hazırdır.

Bildirilir ki, 21 yaşlı futbolçunun müqaviləsində 100 milyon avroya vaxtından əvvəl xitam verilməsi bəndi var.

Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 24 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, Barriosun bazar dəyəri 50 milyon avrodur.







Transfer