20 fevral 2025. Cümə axşamı

"Çelsi" "Barselona"nın futbolçusu üçün 100 milyonluq təklif hazırlayır


  • Transfer
  • 13:33 16.02.2025
  • Oxunma sayı: 68
"Çelsi" "Barselona"nın futbolçusu üçün 100 milyonluq təklif hazırlayır

"Barselona"nın və Fransa millisinin müdafiəçisi Jül Kunde İngiltərə Premyer Liqasında çıxış edə bilər.

90deqiqe.Az "Sport.es"ə istinadən xəbər verir ki, “Çelsi” klubu 26 yaşlı müdafiəçini transfer etməkdə maraqlıdır. “Təqaüdçülər”in rəhbərliyi futbolçunun transferi üçün 100 milyon avro ödəməyə hazırdır. Kunde özü "mavi qranat" düşərgəsində hər şeydən razıdır və buna görə də komandadan ayrılmaq istəmir.

Kataloniyalılar fransız futbolçuya 2030-cu ilə qədər yeni müqavilə təklif edə bilər. Hazırkı müqavilənin müddəti 2027-ci ildə başa çatır. Bu mövsüm Kunde "Barselona"nın heyətində 36 oyuna çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.







Transfer