7 aprel 2026. Çərşənbə axşamı

"Mançester Yunayted" və "Arsenal" arasında gərgin mübarizə


  • Transfer
  • 13:38 16.02.2025
  • Oxunma sayı: 178
 "Mançester Yunayted" və "Arsenal" arasında gərgin mübarizə

İtaliya çempionatında cari mövsümün bombardiri Mateo Reteqi daha bir ingilis klubunun diqqətini çəkib.

90deqiqe.Az "Caught Offside"yə istinadən xəbər verir ki, "Mançester Yunayted" 25 yaşlı forvardı heyətinə qatmaq istəyir. "Mankunianlar" futbolçu üçün 55 milyon avro təklif etmək niyyətində olan "Arsenal" ilə Reteqi uğrunda mübarizə aparmağa hazırdır. Hər iki klub yay transfer pəncərəsi zamanı futbolçunun transferi üçün danışıqlara başlayacaqlar.

“Atalanta” isə öz növbəsində lideri üçün ən azı 60 milyon qazanmaq istəyir. Hücumçunun "Atalanta" ilə hazırkı əmək müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi