Türkiyənin “Dənizlispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi ötən mövsümü “Trabzonspor”da keçirən yarımmüdafiəçi Olcay Şahanı transfer edib.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2012-ci ildən “Beşiktaş”da çıxış edən hücumameylli yarımmüdafiəç 5 il bu klubun uğurları üçün çalışıb, 2017-ci ildən isə “Trabzonspor”da çıxış edirdi.