Mərakeş millisinin yeni baş məşqçisi müəyyənləşib.
Corner.az xəbər verir ki, Mərakeş Futbol Federasiyası bu postu Vahid Halilhodziçə həvalə edib.Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 67 yaşlı bosniyalı mütəxəssislə müqavilənin müddəti və detalları isə açıqlanmayıb.
Mərakeş millisini 2016-cı ildən fransalı Herve Renar çalışdırırdı. O, bu komandanın Afrika Millətlər Kubokunda mübarizəni 1/8 finalda dayandırması səbəbindən ötən ay istefa vermişdi.