21 fevral 2025. Cümə

Osimhenin "Mançester Yunayted"ə keçməkdən niyə imtina etdiyi məlum olub


  • Transfer
  • 13:47 18.02.2025
  • Oxunma sayı: 59
Osimhenin "Mançester Yunayted"ə keçməkdən niyə imtina etdiyi məlum olub

"Qalatasaray"da icarə əsasında çıxış edən "Napoli"nin forvardı Viktor Osimhen yanvarda "Mançester Yunayted"ə keçməkdən imtina edib.

90deqiqe.Az-ın məlumatına görə, qış transfer pəncərəsində “Mançester Yunayted” 26 yaşlı forvardın transferi ilə bağlı “Napoli” ilə razılığa gəlsə də, hücumçu özü bu transferdən imtina edib.

Nigeriyalı öz mövqeyini daha əvvəl "Qalatasaray"a mövsümü Türkiyədə başa vuracağına söz verməsi ilə əsaslandırıb.

Bu mövsüm Osimhen bütün turnirlərdə 24 matçda iştirak edib, 19 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer