21 fevral 2025. Cümə

"Çelsi" və "Arsenal" Bundesliqanın forvardını hədəfləyib


  • Transfer
  • 16:48 18.02.2025
  • Oxunma sayı: 68
"Çelsi" və "Arsenal" Bundesliqanın forvardını hədəfləyib

"Ayntraxt Frankfurt"un hücumçusu Huqo Ekitikes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, 22 yaşlı hücumçu ilə "Çelsi" və "Arsenal" maraqlanır.

London klubları fransalını "Nyukasl"ın hücumçusu Aleksandr İsaka alternativ kimi nəzərdən keçirir.

Hüqonun transferi skandinaviyalıdan daha sərfəli variant hesab olunur.

Ekitikes cari Bundesliqada 21 oyun keçirib. Forvard 12 qol vurub və 3 məhsuldar ötürmə edib. Fransız futbolçunun transfer dəyəri 40 milyon avro qiymətləndirilir.







Transfer