- Transfer
- 21:18 20.02.2025
35 yaşlı yarımmüdafiəçi Qilfi Siqurdsson İslandiyanın "Vikinqur" klubu ilə anlaşıb.
90deqiqe.Az xəbər verir ki, müqavilənin müddəti hələ açıqlanmasa da, "Valur" və "Vikinqur" arasında futbolçunun transfer qiymətinin 135 min avro olduğu təxmin edilir.
Xatırladaq ki, İslandiya millisinin sabiq futbolçusu karyerası ərzində “Everton” və “Tottenhem”, eləcə də “Hoffenhaym”, “Suonsi” və digər Avropa klublarında çıxış edib.
Siqurdsson ölkəsi İslandiya millisində 83 oyuna çıxıb və 27 qol vurub. Transfermarkt portalı islandiyalı oyunçunun dəyərini cəmi 500 min avro müəyyən etdiyi halda, onun pik dövründə dəyərinin 35 milyon avro olduğu bildirilir.