- Transfer
- 01:36 15.08.2026
Leypsiq'in hücumçusu Timo Verner komandasını dəyişə bilər.
Corner.az Bild nəşrinə istinadən məlumat verir ki, 23 yaşlı hücumçu "Bavariya"nın diqqət mərkəzinə düşüb.
Münhen təmsilçisi Almaniya millisinin üzvü üçün 25 milyon avro ödəməyə hazır olduğu bildirilir. Lakin "Leypsiq" Verneri 40 milyondan ucuz qiymətə satmayacağını bəyan edib.
Qeyd edək ki, Timo Vernerin "Leypsiq"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.