- Transfer
- 01:36 15.08.2026
İnter'in hücumçusu Mauro İkardi karyerasını Fransada davam etdirə bilər.
Corner.az xarici mətbuata istinadən məlumat verir ki, 26 yaşlı futbolçu ilə "Monako" yaxından maraqlanır.Knyazlıq klubu argentinalı hücumçuya ilinə 7 milyon avro maaş olmaqla uzunmüddətli müqavilə təklif edib. Fransızlar bu transferi reallaşdıracağı təqdirdə, Radamel Falkaonun "Qalatasaray"a gedişinə razılıq verəcək.
Qeyd edək ki, İkardi ilə "Yuventus" da maraqlanır.