21 fevral 2025. Cümə

“Real”dan 90 milyonluq təklif hazırlığı


  • Transfer
  • 23:48 20.02.2025
  • Oxunma sayı: 49
“Real”dan 90 milyonluq təklif hazırlığı

 "Everton"un mərkəz müdafiəçisi Carred Brantvayt karyerasını "Real Madrid"də davam etdirə bilər.

90deqiqe.Az "Daily Mail"ə istinadən xəbər verir ki, “Los Blankos” ingilis futbolçunu yay transfer pəncərəsi üçün mümkün hədəf kimi nəzərdən keçirir. 22 yaşlı futbolçunun keçidi "Real"a 90 milyon avroya başa gələ biləcəyi vurğulanır.

Brantvayt bu mövsüm bütün yarışlarda 21 oyuna çıxıb, bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 42 milyon avrodur.







Transfer