22 fevral 2025. Şənbə

"Barselona" 17 yaşlı futbolçu ilə maraqlanır


  • Transfer
  • 12:01 21.02.2025
  • Oxunma sayı: 36
"Barselona" 17 yaşlı futbolçu ilə maraqlanır

"Sportinq"in sağ cinah oyunçusu Ciovani Kenda bir sıra Avropa klublarının maraq dairəsinə düşüb.

90deqiqe.Az "TEAMtalk"a istinadən xəbər verir ki, "Barselona" 17 yaşlı futbolçunun xidmətində maraqlıdır və yayda perspektivli hücumçunu heyətinə qatmağa çalışacaq. İspaniya klubunun nümayəndələri artıq forvardın agenti ilə danışıb və potensial transferi müzakirə ediblər.

Daha əvvəl "Mançester Yunayted" futbolçu ilə maraqlandığını bildirmişdi.

Kenda bu mövsüm "Sportinq"in heyətində 39 oyun keçirib, 2 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun Portuqaliya klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir və oyunçunun transfer dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.







Transfer