21 mart 2025. Cümə

"Mançester Yunayted" "Milan"ın ulduzunu hədəf alıb


  • Transfer
  • 12:52 21.02.2025
  • Oxunma sayı: 74
"Mançester Yunayted" "Milan"ın ulduzunu hədəf alıb

"Milan"ın müdafiəçisi Teo Hernandes İtaliya A Seriyasını İngiltərə Premyer Liqasına dəyişə bilər.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki,  27 yaşlı müdafiəçinin transferində "Mançester Yunayted" maraqlıdır.

"Rossoneri" fransalı futbolçunu yay transfer pəncərəsində 50 milyon avroya buraxa bilər.

Hernandesin italyanlarla hazırkı müqaviləsi 2026-cı ilin iyununun sonunda başa çatır. İtaliya çempionatının cari mövsümündə müdafiəçi 21 oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib. O, 2019-cu ildən "Milan"da çıxış edir.







Transfer

Messi Avropaya qayıda bilər
  • Transfer
  • 20:53 20.03.2025
Messi Avropaya qayıda bilər