21 mart 2025. Cümə

"Liverpul" Salahın yerinə əvəzləyici tapıb


  • Transfer
  • 15:40 21.02.2025
  • Oxunma sayı: 69
"Liverpul" Salahın yerinə əvəzləyici tapıb

"Atalanta"nın hücumçusu Ademola Lukmanın karyerasını İngiltərədə davam etdirmək imkanı var.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, "Liverpul" 27 yaşlı futbolçunu sıralarına qatmaq istəyir. Mersisaydlılar nigeriyalını gələn yay komandanı tərk edə biləcək misirli Məhəmməd Salahın əvəzləyicisi kimi nəzərdən keçirir.

Nigeriyalının transfer dəyəri 55 milyon avro qiymətləndirilir. Tərəflər arasında mövcud əmək müqaviləsi 2026-cı ilin iyun ayının sonunda başa çatır. Lookman bu mövsüm A Seriyasında 19 oyun keçirib, on qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer

Messi Avropaya qayıda bilər
  • Transfer
  • 20:53 20.03.2025
Messi Avropaya qayıda bilər