22 fevral 2025. Şənbə

"Real" hücum xəttini yeni futbolçu ilə gücləndirə bilər


  • Transfer
  • 23:17 21.02.2025
  • Oxunma sayı: 45
"Real" hücum xəttini yeni futbolçu ilə gücləndirə bilər

Dortmund "Borussiya"sının cinah oyunçusu Ceymi Baynoe-Qittens karyerasını "Real Madrid"də davam etdirə bilər.

90deqiqe.Az  "Relevo"ya istinadən xəbər verir ki, ingilis futbolçunu almaq uğrunda mübarizədə "Mançester Siti" və "Çelsi" "Los Blankos"la rəqabət apara bilər.

Bu klubların cari mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyinə ümid bəslədikləri, bunun nəticəsində 20 yaşlı futbolçunun transferini daha asan reallaşdıracağı vurğulanır.

Bu mövsüm hücumçu bütün turnirlərdə 34 matçda iştirak edib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.







Transfer