- Transfer
- 23:47 21.02.2025
"Milan"ın vingeri Rafael Leau karyerasını "Çelsi"də davam etdirə bilər.
90deqiqe.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun xidmətində London klubu maraqlıdır.
25 yaşlı futbolçu ilə maraqlanan klubların onun üçün 175 milyon avro ödəməli olacağına dair iddiaların yayılmasına baxmayaraq, “rossonerilər” Leaunu 79,7 milyon avroya satmağa hazırdırlar.
Leau bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.