- Transfer
- 17:07 22.02.2025
"Fiorentina"nın futbolçusu Moise Kin İngiltərə Premyer Liqasına qayıda bilər.
90deqiqe.Az "Caught Offside"a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu "Arsenal"ın transfer siyahısında birincilərdəndir.
"Topçular"ın rəhbərliyi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
İtalyan forvardın "bənövşəyilər" ilə müqaviləsində 52 milyon avroluq satın alma maddəsi var.
Daha əvvəl bildirilmişdi ki, Kinin xidmətində digər İngiltərə klubları, o cümlədən Londonun “Tottenhem”i ilə də maraqladır.
Bu mövsüm hücumçu "Fiorentina"nın heyətində 29 matçda meydana çıxıb, 19 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun transfer dəyərini 30 milyon avro qiymətləndirir.