15 avqust 2026. Şənbə

Sabiq Real'lı İtaliyaya gedir


  • Transfer
  • 12:44 16.08.2019
  • Oxunma sayı: 493
Sabiq Real'lı İtaliyaya gedir

Real'ın sabiq müdafiəçisi Fabio Koentrao karyerasını İtaliyada davam etdirə bilər.

Corner.az xarici mətbuata istinadən məlumat verir ki, portuqaliyalı oyunçu ilə "Parma" klubu yaxından maraqlanır.

Hazırda azad agent statusu daşıyan 31 yaşlı cinah oyunçusunu A seriya təmsilçisi "transfer pəncərəsi" bağlanana qədər transfer etmək niyyətindədi. Portuqaliya millisinin müdafiəçisi Bruno Alveşin "Parma"nın kapitanı olması Koentraonun qərar verməsində müsbət rol oynaya bilər.

Qeyd edək ki, Fabio Koentrao karyerası ərzində Portuqaliya, İspaniya və Fransada çıxış edib.







Transfer