23 fevral 2025. Bazar günü

"Çelsi” Niko Uilyamsı satın almaq istəyindədir


  • Transfer
  • 17:07 22.02.2025
  • Oxunma sayı: 42
"Çelsi” Niko Uilyamsı satın almaq istəyindədir

"Atletik Bilbao"nun yarımmüdafiəçisi Niko Uilyams "Çelsi"nin transfer hədəfi olaraq qalır.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki,  “təqaüdçülər”in rəhbərliyi 22 yaşlı cinah yarımmüdafiəçisini komandanın ən çox maaş alan futbolçusu etməyə hazırdır.

Londonlular Uilyamsı "Atletik"dən 60 milyon avroya ala bilər ki, bu da onun əmək müqaviləsində sərbəst qalma maddəsi kimi nəzərdə tutulub.

Yarımmüdafiəçi 2021-ci ilin yayından Bask komandasında çıxış edir. Futbolçu ilə klub arasında mövcud əmək müqaviləsi 2026/2027 mövsümünün sonunda başa çatır.







Transfer