- Transfer
- 21:17 23.02.2025
"Barselona" "Yuventus"un cinah oyunçusu Kənan Yıldızla maraqlanır.
90deqiqe.Az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin sözlərinə görə, "mavi qranatlar" hazırda türk futbolçunun transfer imkanlarını araşdırır, lakin "Yuventus"un onun üçün ciddi məbləğdə pul tələb edəcəyini anlayırlar.
“Qoca sinyora”nın Yıldız üçün 80 milyon avroluq təklifi nəzərdən keçirməyə hazır olduğu vurğulanır, bununla belə, “Barselona” 19 yaşlı hücumçunu ala bilmək üçün bir neçə futbolçunu satmalıdır.
Yıldız bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.