23 fevral 2025. Bazar günü

"Mançester Yunayted" Osimhen üçün 75 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 16:53 23.02.2025
  • Oxunma sayı: 31
"Mançester Yunayted" Osimhen üçün 75 milyon avro ödəməyə hazırdır

"Mançester Yunayted" bu yay mərkəzi hücumçu mövqeyini gücləndirmək istəyir.

90deqiqe.Az "Napoli Magazine"yə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" bu mövsüm Türkiyənin "Qalatasaray" klubunda icarə əsasında çıxış edən "Napoli"nin forvardı Viktor Osimheni heyətinə qatmaq istəyir. İngilis klubu Osimhenin "Napoli" ilə müqaviləsində nəzərdə tutulan 75 milyon avroluq  alış bəndini aktivləşdirməyə hazırdır.

Daha əvvəl mətbuatda nigeriyalı futbolçunun "Qalatasaray"da icarə müddəti bitdikdən sonra mütləq "Napoli"dən ayrılacağı ilə bağlı məlumatlar yayılmışdı. Hücumçunun klub sahibi və komandanın bəzi futbolçuları ilə münaqişəsi olduğu bildirilirdi.

26 yaşlı Osimhen bu mövsüm Türkiyə Superliqasında 18 oyuna çıxıb, 14 qol vurub və 4 məhsuldar ötürmə verib.







Transfer