- Transfer
- 21:17 23.02.2025
"Ayaks" klubunun müdafiəçisi Jorty Mokio karyerasını İngiltərə çempionatında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, "Çelsi" klubu futbolçunun xidmətində maraqlıdır. London klubu artıq 16 yaşlı futbolçunun agenti və klubu ilə danışıqlara başlayıb.
Mokio "Ayaks"ın gənclər komandasında çıxış edir.
Perspektivli futbolçunun transfer dəyəri 1,5 milyon avro olaraq qiymətləndirilir.
İngiltərə Premyer Liqasının 26 oyunundan sonra "pensiyaçılar" 43 xal toplayaraq turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Ölkə çempionatının növbəti oyununda Enzo Mareskanın yetirmələri “Sauthempton”la qarşılaşacaq. Görüş fevralın 25-də baş tutacaq.