- Transfer
- 21:17 23.02.2025
Belçikalı futbolçu Kevin De Bruyne on ildən sonra yayda "Mançester Siti" ilə vidalaşmağa hazırlaşır.
90deqiqe.Az “TBR Football”a istinadən xəbər verir ki, "San Dieqo" 33 yaşlı futbolçu ilə müqavilə imzalamağa yaxındır. MLS klubu De Bruyne ilə azad agent kimi pulsuz müqavilə imzalayacaq.
De Bruyne indiyədək “Mançester Siti”nin heyətində 408 rəsmi oyuna çıxıb, 105 qol vurub və 173 məhsuldar ötürmə edib. Qeyd edək ki, San Dieqo MLS-də ilk oyununu bazar günündən bazar ertəsinə keçən gecə keçirəcək. Bu klub yalnız 2023-cü ilin ortalarında yaradılıb.