24 fevral 2025. Bazar ertəsi

"Çelsi" yeni müdafiəçi almaq istəyir


  • Transfer
  • 20:07 23.02.2025
  • Oxunma sayı: 38
"Çelsi" yeni müdafiəçi almaq istəyir

"Sevilya"nın mərkəz müdafiəçisi Luak Bade karyerasını "Çelsi"də davam etdirə bilər.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, London klubu 24 yaşlı futbolçunu yay transfer pəncərəsində almaq niyyətindədir. "Mavilər"in fransızı almaq üçün 30 milyon avro ayırmağa hazırdır. Artıq futbolçunun agenti ilə danışıqlara da başlanılıb.

Bu mövsüm Bade "Sevilya"nın heyətində La Liqa və Kral Kubokunda 20 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Müdafiəçinin "Sevilya" ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir. Transfermarkt mütəxəssisləri fransız futbolçunun dəyərini 25 milyon avro qiymətləndirib.







Transfer