22 aprel 2026. Çərşənbə

Cerrard keçmiş klubuna qayıda bilər


  • Transfer
  • 16:00 24.02.2025
  • Oxunma sayı: 168
Cerrard keçmiş klubuna qayıda bilər

İngiltərə millisinin və "Liverpul"un sabiq yarımmüdafiəçisi və hazırkı futbol məşqçisi Stiven Cerrardın yeni iş yeri bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis Şotlandiyanın "Qlazqo Reyncers" klubunun baş məşqçisi postuna qayıda bilər. Artıq tərəflər arasında danışıqlar başlayıb.

Bundan əvvəl Filip Klement komandanı tərk edib. Cerrard hazırda işsizdir. İngilis mütəxəssisin son klubu Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubu olub.

Xatırladaq ki, 2021-ci ildə Cerrard “Reyncers”lə Şotlandiya çempionu olub. Şotlandiya çempionatının cari mövsümündə Qlazqo komandası 56 xal toplayaraq ikinci yerdədir. “Reyncers” lider “Seltik”dən 13 xal geri qalır.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro