- Transfer
- 16:07 24.02.2025
"Barselona" "Yuventus"un mərkəz hücumçusu Duşan Vlahoviçlə maraqlanır.
90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, “blauqrana” 25 yaşlı forvardı polşalı Robert Levandovskinin əvəzləyicisi kimi nəzərdən keçirir.
"Barsa" yay transfer pəncərəsində serbiyalını transfer etmək üçün artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Futbolçunun bazar dəyəri 60 milyon avrodur. İtaliya çempionatının cari mövsümündə Vlahoviç 20 oyun keçirib. Hücumçu 9 qol vurub və məhsuldar ötürmə edib. Onun “Qoca sinyora” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.