24 fevral 2025. Bazar ertəsi

"Mançester Siti"nin yarımmüdafiəçisi "Atletiko"ya keçə bilər


  • Transfer
  • 16:05 24.02.2025
  • Oxunma sayı: 26
"Mançester Siti"nin yarımmüdafiəçisi "Atletiko"ya keçə bilər

Xorvatiya millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Mateo Kovaçiç İspaniya çempionatına qayıda bilər.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, "Atletiko Madrid" yay transfer pəncərəsi zamanı 30 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. "Matrasçılar" futbolçunun agenti və klubu ilə ilkin danışıqlara da başlayıb.

Kovaçiçin vətəndaşlar ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub. Xorvatiyalının transfer dəyəri 28 milyon avro qiymətləndirilir. Kovaçiç 2023-cü ildən "Mançester Siti"də çıxış edir. Yarımmüdafiəçi hazırkı İngiltərə Premyer Liqasında 22 oyun keçirib. Mateo dörd qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer

Dadaşovun yeni klubu bəlli oldu
  • Transfer
  • 15:55 24.02.2025
Dadaşovun yeni klubu bəlli oldu