15 mart 2025. Şənbə

"Arsenal" "Real"ın ulduzu üçün 85 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 16:07 24.02.2025
  • Oxunma sayı: 85
"Arsenal" "Real"ın ulduzu üçün 85 milyon avro ödəməyə hazırdır

"Real Madrid"in hücumçusu Rodriqo İngiltərə Premyer Liqasında çıxış edə bilər.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, "Arsenal" 24 yaşlı forvardı almaqda maraqlıdır.  "Topçular" yay transfer pəncərəsində braziliyalını heyətinə qatmağa cəhd etmək niyyətindədir.

Tərəflər arasında ilkin danışıqlar artıq başlayıb. İngiltərənin top klubu Rodriqonun alınması üçün 85 milyon avro ayırmağa hazırdır.

Braziliyalı futbolçu İspaniya La Liqasının cari mövsümündə 22 oyun keçirib. Forvard 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Los Blancos ilə əmək müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici