26 fevral 2025. Çərşənbə

Trent "Real"la dörd illik müqavilə bağladı


  • Transfer
  • 21:47 25.02.2025
  • Oxunma sayı: 37
Trent "Real"la dörd illik müqavilə bağladı

"Real Madrid" "Liverpul"un sağ cinah müdafiəçisi Trent Alexander-Arnold ilə 4 illik müqavilə imzalamaq üçün şifahi razılığa gəlib.

90deqiqe.Az "Cadena Ser"ə istinadən xəbər verir ki, Los Blankoslular ingilis futbolçunun potensial transferi ilə bağlı nəinki optimistdirlər, onlar bu sövdələşməni müəyyən edilmiş razılaşma kimi qiymətləndirirlər.

Alexander-Arnoldun gələn ilin yayında başa çatacaq müqaviləsini uzatmaq üçün "Liverpul"dan gələn bütün təklifləri rədd etdiyi vurğulanır.

Bu mövsüm müdafiəçi bütün turnirlərdə 35 matçda iştirak edib, o, üç qol vurub və yeddi məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.







Transfer

Dadaşovun yeni klubu bəlli oldu
  • Transfer
  • 15:55 24.02.2025
Dadaşovun yeni klubu bəlli oldu