7 aprel 2026. Çərşənbə axşamı

"Mançester Siti" yeni müdafiəçi və yarımmüdafiəçi seçib


  • Transfer
  • 16:21 26.02.2025
  • Oxunma sayı: 162
"Mançester Siti" yeni müdafiəçi və yarımmüdafiəçi seçib

"Mançester Siti" yay transfer pəncərəsində müdafiə və yarımmüdafiə xəttini gücləndirmək istəyir.

90deqiqe.Az "Telegraph"a istinadən xəbər verir ki, "şəhərlilər" "Nyukasl"ın müdafiəçisi Valentino Livramento və "Yuventus"un yarımmüdafiəçisi Andrea Kambiasonun namizədliyini nəzərdən keçirir. İngiltərə nəhəngi artıq hər iki futbolçunun agenti ilə danışıqlara başlayıb.

“Mançester Siti” bu mövsüm İngiltərə Premyer Liqasında 26 oyundan sonra 44 xalla 5-ci yerdədir. Xosep Qvardiolanın komandası Çempionlar Liqasının pley-off mərhələsində “Real Madrid”ə ümumilikdə uduzaraq (2:3, 1:3) mübarizəni dayandırıb. "Şəhərlilər" növbəti oyununu “Tottenhem”ə qarşı keçirəcək.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi