- Transfer
- 14:27 27.02.2025
"Barselona" Lionel Messinin maaş büdcəsini yüngülləşdirmək üçün bəzi futbolçularından qurtulmağı planlaşdırır.
90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki,“Barselona” 37 yaşlı hücumçunu heyətinə qatmaq üçün Ansu Fati, Ferran Torres və Andreas Kristenseni satmaq istəyir.
Daha əvvəl argentinalının Amerikanın "İnter Mayami" klubundan ayrıldıqdan sonra "Barselona"ya qayıdacağı bildirilirdi.
Xatırladaq ki, Messi 2004-2021-ci illərdə "Barselona"nın əsas komandasında çıxış edib. Qeyd edək ki, futbolçunun "İnter Mayami" ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.