7 aprel 2026. Çərşənbə axşamı

"Barselona" A Seriyasının ulduzunu transfer etmək üçün işlərə başlayıb


  • Transfer
  • 12:56 27.02.2025
  • Oxunma sayı: 151
"Barselona" A Seriyasının ulduzunu transfer etmək üçün işlərə başlayıb

"Milan"ın hücumçusu Rafael Leau karyerasını "Barselona"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, Kataloniya nəhənginin nümayəndələri portuqaliyalı üçün potensial sövdələşmə haqqında məlumat istəyiblər. Rəsmi danışıqlar hələ başlamadığı, yalnız ilkin məlumatlar mübadiləsi olduğu bildirilir.

Daha əvvəl 25 yaşlı futbolçu Səudiyyə Ərəbistanından gələn sərfəli təklifi rədd etmişdi.

Rafael Leaunun "Milan" ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. Müqavilədə 175 milyon avro məbləğində satınalma maddəsi var, lakin Avropa klublarının aktivləşdirməyə qərar verməsi ehtimalı azdır. Transfermarkt portalının ekspertləri "rossoneri"nin ulduzunun dəyərini 75 milyon avro qiymətləndirib.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi