- Transfer
- 14:27 27.02.2025
"İnter Mayami"nin hücumçusu Lionel Messini "Barselona"ya buraxmağa hazır olub-olmadığı məlum olub.
90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, "İnter Mayami" 37 yaşlı oyunçunu "Barselona"ya icarəyə verməyə hazırdır, ancaq oyunçu klubla müqaviləsini 2027-ci ilin sonuna qədər uzatmağa razıılıq verəcəyi təqdirdə bu reallaşa bilər.
Bundan əvvəl kataloniyalıların Messini geri qaytarmaq üçün bir neçə futbolçunu satmaq niyyətində olduğu barədə məlumatlar yayılıb
Argentinalının Amerika komandası ilə hazırkı müqaviləsi bu ilin dekabrında başa çatır.
Messi 2023-cü ilin iyunundan "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 42 oyun keçirib, 36 qol vurub və 20 məhsuldar ötürmə edib.