- Transfer
- 00:24 01.03.2025
"Portu"nun hücumçusu Samuel Omorodion karyerasını "Arsenal"da davam etdirə bilər.
90deqiqe.Az "CaughtOffside"a istinadən xəbər verir ki, ispaniyalı forvardın xidmətində London klubu maraqladır. "Topçular" 20 yaşlı futbolçu uğrunda mübarizədə "Aston Villa" ilə mübarizə aparacaq.
İspan keçən yay İngiltərənin paytaxtına köçməyə yaxın idi, lakin "Atletiko Madrid"dən "Çelsi"yə transfer müqaviləsi son anda uğursuz oldu. Daha sonra futbolçu "Portu" ilə müqavilə imzalayıb.
Forvard bu mövsüm "Əjdahalar"ın heyətində 31 matçda 19 qol vurub və 3 məhsuldar ötürmə edib. Omorodionun dəyəri, Transfermarkt ekspertlərinin fikrincə, 50 milyon avrodur. Noyabrda hücumçu İspaniya millisinin heyətində Millətlər Liqasında İsveçrə ilə matçda debüt etdi.