14 dekabr 2025. Bazar günü

"Barselona" Niko Uilyamsdan imtina edib


  • Transfer
  • 15:03 28.02.2025
  • Oxunma sayı: 156
"Barselona" Niko Uilyamsdan imtina edib

"Atletik Bilbao"nun cinah yarımmüdafiəçisi Niko Uilyamsın "Barselona"ya keçməsi ehtimalı azalıb.

90deqiqe.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi artıq 22 yaşlı forvard ilə maraqlanmır. Kataloniya rəhbərliyi yay transfer pəncərəsində Uilyamsı transfer etməkdən imtina edib.

İspan futbolçu bu mövsüm bütün turnirlərdə 32 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

Uilyamsın "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir. Nüfuzlu “Transfermarkt” internet portalının məlumatına görə, futbolçunun dəyəri 70 milyon avrodur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində